Gürcüstanda səsvermədə iştirak etmək üçün konsulluq qeydiyyatının son tarixi müəyyənləşib

Gürcüstanda səsvermədə iştirak etmək üçün konsulluq qeydiyyatının son tarixi müəyyənləşib

Gürcüstan vətəndaşları parlament seçkilərində iştirak etmək üçün 2024-cü il oktyabrın 7-dək konsulluqda qeydiyyatdan keçməlidirlər.

"Birxeber.Az" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili deyib.

Bildirilib ki, Gürcüstan qanunvericiliyinə görə, səsvermədə iştirak etmək üçün konsulluq qeydiyyatında olmaq mütləqdir.

Onun sözlərinə görə, konsulluq qeydiyyatında olanların siyahıları seçki məntəqələrinin açılması üçün əsas olacaq: "MSK öz səlahiyyətləri çərçivəsində xaricdə yaşayan həmyerlilərin seçkilərdə iştirakla bağlı məlumatlandırılmasını təmin edən qanunun ardıcıl icrası üçün hər şeyi edəcək".

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.