Keçmiş məcburi köçkün: Laçına qayıdacağım günü səbirsizliklə gözləyirdim

Keçmiş məcburi köçkün: Laçına qayıdacağım günü səbirsizliklə gözləyirdim

“Laçına qayıdacağım günü səbirsizliklə gözləyirdim”.

“Report” xəbər verir ki, bu sözləri Laçın şəhərinə qayıdan keçmiş məcburi köçkün Rasim Nəsirov söyləyib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşməni məğlub edərək torpaqlarımızı işğaldan azad etdiyini xatırladan keçmiş məcburi köçkün doğma elinə-obasına qayıtdığı üçün sevincinin hədsiz olduğunu diqqətə çatdırıb:

“Keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Ömrümün 41 ilini orada keçirmişəm. 32 ildən sonra yenidən doğma yurduma qayıdıram”.