Qaxda birmərtəbəli ev yanıb

Qaxda birmərtəbəli ev yanıb

Qax rayonunun Qum kəndində yanğın hadisəsi baş verib.

Bu barədə “Birxeber.Az”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Qum kəndində ümumi sahəsi 63 m² olan birmərtəbəli 2 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.