Bakıda 50 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
Naxçıvan şəhərinə ilk qar yağıb
Bir neçə gündür ölkə və muxtar respublika ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
"Report" xəbər verir ki, yanvarın 8-i axşam saatlarından başlayaraq isə Naxçıvan şəhərinə ilk qar yağıb.
Şəhərə bu gecə yarısından başlayaraq yağan ilk qar 2 santimetr olub.
Muxtar respublikanın dağlıq bölgələrində isə yağıntı intensiv xarakter alıb. Dağlıq bölgələrdə qarın hündürlüyü 5 santimetrə çatıb.


