Argentina bəzi iqtisadi islahatları təxirə salacaq

Argentina bəzi iqtisadi islahatları təxirə salacaq

Argentina hökuməti tədbirlər paketinin qalan hissəsinin təsdiqini sürətləndirmək üçün parlamentə göndərilən qanun layihəsindən iqtisadi islahatların bir hissəsini çıxaracaq.

“Report” xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Luis Kaputo məlumat verib.

“Biz hər kəsi dinləmişik və tələblərinin çoxunu başa düşürük. Qanun layihəsinin qəbulunu sadələşdirmək və sürətləndirmək üçün fiskal siyasət fəslini çıxarmaq qərarına gəldik”- o, mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hökumət, xüsusən də vergi amnistiyası və ixrac rüsumları ilə bağlı maddələrə baxılmasını, qubernatorların tənqidinə səbəb olan artım planlarını geri götürəcək:

“Sıfır kəsir əldə etmək məqsədindən əl çəkmədən Argentinalıların fiskal vəziyyətini necə yaxşılaşdıra biləcəyimizi anlamaq üçün bir az daha çox vaxt işləmələyik”.