Tovuzda odlu silah və pul müqabilində narkokuryerlik edən şəxslər saxlanılıb

Tovuzda odlu silah və pul müqabilində narkokuryerlik edən şəxslər saxlanılıb

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qeyri-qanuni yolla rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb.

Bu barədə "Report"a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakinləri olan 2 nəfər yetkin yaşına çatmayan şəxslər və Emin Mustafaoğlu narkotik vasitəni 1000 manat pul və odlu silah qarşılığında ölkənin digər rayonlarına aparmağa razılaşıblar. Həmin şəxslər saxlanılaraq Polis Şöbəsinə gətirilən zaman üzərlərindən 1 kq 320 qram “heroin”, 1 kq 585 qram “marixuana”, 49 qram psixotrop maddə olan metamfetamin və aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitəni odlu silah və pul müqabilində çatdırılması barədə razılıq əldə etdiklərini lakin narkotik vasitəni götürən zaman silahın olmamasını bildiriblər.

Bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Tovuz rayon Xatınlı kənd sakini Yaşar Əliyevi saxlayıb. Saxlanılan şəxsin üzərindən və yaşadığı evdən 5 bükümdə, müxtəlif çəkilərdə narkotik vasitə olan “marixuana” aşkarlanıb.

Ümumiyyətlə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının bu ilin müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 5 əməliyyat-axtarış tədbiri baş tutub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

HADİSƏ HADİSƏ
Gəncədə bank əməkdaşı futbol oynayarkən vəfat edib

Gəncədə bank əməkdaşı futbol oynayarkən vəfat edib

HADİSƏ HADİSƏ
Qobustanda ağır yol qəzasında 5 nəfər ölüb - ADLAR - YENİLƏNİB

Qobustanda ağır yol qəzasında 5 nəfər ölüb - ADLAR - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Yevlaxda 21 yaşlı gənci avtomobil vuraraq öldürüb

Yevlaxda 21 yaşlı gənci avtomobil vuraraq öldürüb

HADİSƏ HADİSƏ
Bakıda həbsdə olan oğluna telefon keçirmək istəyən qadın saxlanılıb

Bakıda həbsdə olan oğluna telefon keçirmək istəyən qadın saxlanılıb

HADİSƏ HADİSƏ
DİN polis orqanlarında xidmətə qəbulla əlaqədar müsabiqə elan edib

DİN polis orqanlarında xidmətə qəbulla əlaqədar müsabiqə elan edib

HADİSƏ HADİSƏ
Bakıda məktəbdə tüstülənmə olub

Bakıda məktəbdə tüstülənmə olub

HADİSƏ HADİSƏ
Şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı

Şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı

HADİSƏ HADİSƏ
Bakıda 26 yaşlı oğlan evinin önündə bıçaqlanıb

Bakıda 26 yaşlı oğlan evinin önündə bıçaqlanıb

HADİSƏ HADİSƏ
Bakıda evdən 23 min manatlıq oğurluq olub

Bakıda evdən 23 min manatlıq oğurluq olub

HADİSƏ HADİSƏ
Şəkidə atasını öldürüb mobil telefonunu satmaqda şübhəli bilinən gənc saxlanılıb

Şəkidə atasını öldürüb mobil telefonunu satmaqda şübhəli bilinən gənc saxlanılıb

HADİSƏ HADİSƏ
Zərərçəkmiş: "Özünü imam Mehdi kimi təqdim edən şəxsə görə 326 min 500 manat ziyana düşdüm"

Zərərçəkmiş: "Özünü imam Mehdi kimi təqdim edən şəxsə görə 326 min 500 manat ziyana düşdüm"

HADİSƏ HADİSƏ
Yevlaxda ikimərtəbəli ev yanıb, xəsarət alan var

Yevlaxda ikimərtəbəli ev yanıb, xəsarət alan var