"Crocus"da törədilən terrorda şübhəli bilinənlərin istintaqa ilkin ifadələri açıqlanıb

"Crocus"da törədilən terrorda şübhəli bilinənlərin istintaqa ilkin ifadələri açıqlanıb

"Crocus City Hall"da terror aktı törətməkdə təqsirləndirilən şəxslər bildiriblər ki, onların həm hazırlıq mərhələsində, həm də silahlı hücumdan sonra hərəkətləri Telegram messencerində bir nəfər tərəfindən səsli mesajlar vasitəsilə koordinasiya olunub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

"Koordinatorun tapşırığı ilə terrorçular cinayəti törətdikdən sonra avtomobillə onlara vəd etdikləri mükafatı Kiyevə çatıb almaq üçün Rusiya-Ukrayna sərhədinə doğru gediblər", - Rusiya İstintaq Komitəsi təqsirləndirilən şəxslərin istintaqa ilkin ifadələrini açıqlayıb.