Sumqayıtda fəhlə zavodda xəsarət alaraq ölüb - YENİLƏNİB

Sumqayıtda fəhlə zavodda xəsarət alaraq ölüb - YENİLƏNİB

"Azərboruyayma" Sumqayıtda istehsalat sahəsində baş vermiş bədbəxt hadisə ilə bağlı açıqlama yayıb

Qurumdan APA-ya verilən açıqlamada bildirilir:

"Sumqayıt şəhərindəki Azərboru istehsalat sahəsində fəhlə işləyən 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyev iş yerində dünyasını dəyişib. Hazırda ölümün baş vermə səbəbləri araşdırılır. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmaya başlayıb. Daha ətraflı məlumat araşdırma bitdikdən sonra ictimaiyyətə təqdim olunacaq".

***

16:35

Sumqayıtda zavodda ölüm faktı baş verib.

APA xəbər verir ki, hadisə Sumqayıt Boruyayma zavodunda qeydə alınıb. Zavodda fəhlə işləyən 1989-cu il təvəllüdlü Haciyev Elşən Rasim oğlunun başına iş zamanı boru düşdüyü, onun aldığı xəsarətdən öldüyü bildirilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.