Şəmkirdə avtomobil qəzası olub, 3 nəfər xəsarət alıb

Şəmkirdə avtomobil qəzası olub, 3 nəfər xəsarət alıb

Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Avtomobil qəzası nəticəsində 1988-ci il təvəllüdlü M.Məmmədov, 1965-ci il təvəllüdlü B.Ələkbərova və daha 1 nəfər xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.