İsrail kəşfiyyatının rəhbərləri atəşkəs danışıqları üçün Doha və Qahirəyə gedəcəklər

İsrail kəşfiyyatının rəhbərləri atəşkəs danışıqları üçün Doha və Qahirəyə gedəcəklər

İsrail kəşfiyyatının (MOSSAD) rəhbərləri atəşkəs danışıqları üçün Qətərin paytaxtı Dohaya, eləcə də Misirin paytaxtı Qahirəyə gedəcəklər.

“Birxeber.Az” xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisindən bildirilib.

Qeyd olunub ki, Baş nazir Benyamin Netanyahu onların səfəri barədə məlumatı təsdiqləyib. Səfərlər qarşıdakı günlərdə baş tutacaq.

İsrail rəsmiləri həmkarları ilə Yaxın Şərqdə davam edən müharibə barədə danışacaqlar.

Xatırladaq ki, HƏMAS və İsrail arasında müharibə 2023-cü il oktyabrın 7-də başlayıb.