Bakıdakı Olimpiya Təsnifat turnirinə 33 ölkədən güləşçilər qatılacaq

Bakıdakı Olimpiya Təsnifat turnirinə 33 ölkədən güləşçilər qatılacaq

Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində 33 ölkənin idmançıları iştirak edəcək.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

İştirakçı sayına görə yunan-Roma güləşi üstünlük təşkil edir. 117 idmançı yarışın ilk günündə güləşin klassik növündə mübarizə aparacaq.

Aprelin 6-da qadın güləşi üzrə 83 idmançı lisenziya sahiblərini müəyyənləşdirəcək. Son yarış günündə isə 97 sərbəst güləşçi xalça üzərinə çıxacaq. Ümumilikdə Bakıda 297 güləşçi olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə 2 güləşçi Paris-2024-ə vəsiqə qazanacaq.