XİN başçısı: Regiondan uzaq dövlətlərin öz birtərəfli mövqelərini bölgəyə proyeksiya etmək cəhdləri sülhə mane olur

XİN başçısı: Regiondan uzaq dövlətlərin öz birtərəfli mövqelərini bölgəyə proyeksiya etmək cəhdləri sülhə mane olur

Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar, o cümlədən regiondan uzaq yerləşən dövlətlərin öz birtərəfli mövqelərini bölgəyə proyeksiya etmək cəhdləri prosesə maneə törədir.

"Birxeber.Az" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazevlə görüşündə deyib.

Nazir bu istiqamətdə cari ilin 5 aprel tarixində keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransının bu cür qeyri-şəffaf və inklüziv olmayan mühitdə təşkili ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb.

O, bu kimi təşəbbüslərin revanşist əhval-ruhiyyənin hökm sürdüyü Ermənistanı yeni təxribatlara təşviq edə biləcəyi ilə bağlı narahatlıqların aydın şəkildə ifadə olunduğunu vurğulayıb.