Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçiriləcək

Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçiriləcək

MDB-nin baş katibi Azərbaycana MDB-nin işində fəal iştirakına görə təşəkkür edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, MDB-nin baş katibi Sergey Lebedev Müstəqil Dövlətlər Birliyinin işində fəal iştirakına görə Azərbaycan rəhbərliyinə, aidiyyəti strukturlara, nazirlik və qurumlara minnətdarlığını bildirib.

“Azərbaycan Baş nazirin birinci müavini Yaqub Eyyubovun simasında birliyin fəaliyyətində fəal iştirak edir: istər iqtisadi sahədə, istərsə də humanitar sahədə. Mayın əvvəlində Bakıda mühüm forum (“Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı fəaliyyət” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu-red) keçiriləcək. Foruma MDB İcraiyyə Komitəsinin nümayəndə heyəti gedəcək. MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası (MDB İnformasiya Şurası) da Bakıda keçiriləcək. Mən Azərbaycan rəhbərliyinə və müvafiq strukturlara, nazirliklərə və qurumlara Birliyin işində fəal iştirakına görə çox minnətdaram”, - deyə S.Lebedev qeyd edib.