“Qarabağ” mövsümün sonuna qədər “Azərsun Arena”ya qayıtmayacaq

“Qarabağ” mövsümün sonuna qədər “Azərsun Arena”ya qayıtmayacaq

“Qarabağ” cari mövsümün sonuna qədər “Azərsun Arena”ya qayıtmayacaq.

Bu barədə “Birxeber.Az”a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, arenada əsaslı təmir-bərpa işləri aparıldığından, Ağdam təmsilçisi mövsümün qalan ev matçlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Komanda XXIX turda “Səbail”i, XXXI turda “Qəbələ”ni, XXXIII turda “Neftçi”ni, XXXV turda isə “Turan Tovuz”u mərkəzi arenada qəbul edəcək.

Qeyd edək ki, “Qarabağ” cari mövsümün əvvəlində 5 ev görüşündə rəqiblərini “Azərsun Arena”da sınağa çəkib. Həmin stadionda son çempionat matçı Premyer Liqanın VIII turu çərçivəsində 2023-cü il sentyabrın 29-da “Sumqayıt”a (5:0) qarşı oynanılıb.