Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 21% artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 21% artıb

2024-ci il mart ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 24 629.1 mln. manat təşkil edib.

"Birxeber.Az-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu cari ilin fevral ayının 1-nə olan göstərici ilə müqayisədə 1.1% çoxdur.

2023 ilin mart ayının 1-i ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 21% və ya 4 mlrd. 282 mln. manat artıb. Belə ki, ötən ilin mart ayının 1-nə kredit qoyuluşlarının həcmi 20 347.1 mln. manat təşkil edib.