Argentina prezidentinin bəyanatı Kolumbiya ilə münasibətləri gərginləşdirib

Argentina prezidentinin bəyanatı Kolumbiya ilə münasibətləri gərginləşdirib

Kolumbiya hökuməti Argentinadakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb Argentina prezidenti Xavyer Mileyin kolumbiyalı həmkarı Qustavo Petro ilə bağlı açıqlamalarıdır:

“Xarici işlər naziri Kolumbiya hökuməti adından Argentinanın prezidenti Xavyer Mileyin yanvarın 25-də yayımlanan müsahibəsi zamanı Prezident Qustavo Petroya qarşı hörmətsiz və məsuliyyətsiz bəyanatlarına qarşı ən kəskin etirazını bildirir. Argentina Prezidentinin bəyanatlarının yaratdığı şərait nəticəsində hökumət dərhal Kolumbiyanın bu ölkədəki nümayəndəsi səfir Kamilo Romeronu məsləhətləşmələr üçün çağırır”, - XİN-in bəyanatında deyilir.