Rusiya XİN: Aİ ilə NATO-nu Ermənistan və onun vətəndaşlarının real ehtiyacları maraqlandırmır

Rusiya XİN: Aİ ilə NATO-nu Ermənistan və onun vətəndaşlarının real ehtiyacları maraqlandırmır

Avropa İttifaqı (Aİ) və Şimali Atlantika Alyansını Ermənistan vətəndaşlarının real ehtiyacları maraqlandırmır, respublikaya sırf Qərbin iradəsini icra etmək rolu verilir.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərliyi ilə “Ermənistanın Dostları Şəbəkəsi”nin Aİ ilə İrəvan arasında münasibətlərin dərinləşməsinə dair hesabatını şərh edərkən bildiriblər.

"Avropa İttifaqı və NATO-nu Ermənistanın və onun vətəndaşlarının real ehtiyacları maraqlandırmır. Bu, respublikanın Qərbə üz tutmasının Cənubi Qafqazı öz ehtiyaclarına uyğun olaraq yenidən formatlaşdırmaq üçün "az xərcli” bir müəssisə olduğu qeyd edilən nəticədən aydın görünür. Bu inşaatlarda Ermənistana müstəsna olaraq Brüssel və Vaşinqtondan gələn sifarişlərin icraçısı rolu verilir”, - deyə Rusiya XİN-dən qeyd olunub.