Dövriyyədə olan ödəniş kartlarının həcmi 102 min ədəd artıb

Dövriyyədə olan ödəniş kartlarının həcmi 102 min ədəd artıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı daha əvvəlki ayla müqayisədə 102 min ədəd artaraq 17 milyon 343 min ədəd təşkil edib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına istinadən xəbərinə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 23.7% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 24.3%, kredit kartları üzrə 20.2% təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməkhaqqı kartlarının sayı 150 min, kredit kartları 381 min, digər kartlar isə 2.9 mln. ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artıb. 2024-ci ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5,468 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 4,562 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 897 mln. manatı POS-terminallar, 8.5 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.