Ödəniş kartları ilə əməliyyatların həcmi kart əməliyyatlarının 61.8%-ni təşkil edib

Ödəniş kartları ilə əməliyyatların həcmi kart əməliyyatlarının 61.8%-ni təşkil edib

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 61.8%-ni təşkil edib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına istinadən xəbərinə görə, banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin fevral ayının sonu ilə müqayisədə bankomatların sayı 2%, POS-terminalların sayı 14.4% artıb.