Britaniya ordusunda saqqal və bığ saxlamağa icazə veriləcək

Britaniya ordusunda saqqal və bığ saxlamağa icazə veriləcək

Britaniya ordusunda saqqal və bığ saxlamağa icazə veriləcək.

APA BBC-yə istinadən xəbər verir ki, artıq Britaniya ordusunda xidmət edərkən əsgər və zabitlərə saqqal və bığ saxlamağa icazə veriləcək.
Qeyd olunub ki, saqqal və bığlar səliqəli, düzgün baxımlı olmalıdır və müntəzəm olaraq yoxlanılacaq.
Bu qadağa müdafiə naziri Qrant Şappsın ordunu təcrübələrini modernləşdirməyə çağırmasından sonra götürülüb.

Yeni direktiv Ordunun bu məsələ ilə bağlı siyasəti ətrafında illərlə davam edən müzakirələrdən sonra verilib.
Silahlı Qüvvələrin sözçüsü BBC-yə bildirib ki, şəxsi heyətin təmiz təraş olmasının tələb olunduğu xüsusi hallar ola bilər və zabitlər və əsgərlərə "şərait diktə etdikdə təraş etmək tövsiyyə olunacaq".

Danimarka, Almaniya və Belçika kimi ölkələrdə əsgərlərə saqqal və bığ saxlamağa icazə verilir.
Qeyd edək ki, orduda daha əvvəl sinkhlər, müsəlmanlar və rastafaryanlara əməliyyat effektivliyini, sağlamlığını və ya təhlükəsizliyini riskə atmadıqları müddətcə artıq tam saqqal saxlamağa icazə verilib.