Fəxrəddin Altun: “Azərbaycanlı qardaşlarımızla hər sahədə həmrəyliyimizi davam etdirəcəyik”

Fəxrəddin Altun: “Azərbaycanlı qardaşlarımızla hər sahədə həmrəyliyimizi davam etdirəcəyik”

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “X” hesabında təşəkkür paylaşımına münasibət bildirib.

“Report”un məlumatına görə, Fəxrəddin Altun sosial şəbəkədəki rəsmi hesabında yazıb:

“Dəyərli qardaşım Hikmət Hacıyev “Bir millət iki dövlət” devizi ilə siz dəyərli azərbaycanlı qardaşlarımızla hər sahədə əməkdaşlıq və həmrəyliyimizi davam etdirəcəyik.

Kommunikasiya və dezinformasiyaya qarşı mübarizə bu sahələr arasında ən mühümlərindəndir. Ümidvaram ki, Azərbaycanla yan-yana, çiyin-çiyinə apardığımız həqiqət uğrunda mübarizə sizin varlığınızla daha da güclənəcək”.