Azərbaycan Dövlət Turizm Agentliyi Rusiyada işini bərpa edəcək

Azərbaycan Dövlət Turizm Agentliyi Rusiyada işini bərpa edəcək

“Azərbaycan 2024-cü ildə Dövlət Turizm Agentliyinin Rusiyadakı nümayəndəliyinin işini bərpa etməyi planlaşdırır”.

“Birxeber.Az” xəbər verir ki, bunu “TASS”a müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

“2024-cü ildə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Rusiya Federasiyasındakı nümayəndəliyinin (turizm ofisi - Qeyd) işinin bərpası planlaşdırılır ki, bu da ikitərəfli turizm əlaqələrini daha da gücləndirəcək”, - deyə o qeyd edib.

“Biz gələcəyə nikbin baxırıq və onun parlaq olması üçün əlimizdən gələni edəcəyik”, - diplomat əlavə edib.