İsrailin Hələbə hücumu nəticəsində 3 Hizbullah üzvü həlak olub

İsrailin Hələbə hücumu nəticəsində 3 Hizbullah üzvü həlak olub

İsrailin Suriyanın Hələb bölgəsinə hücumları nəticəsində Hizbullah qruplaşmasının 3 üzvü həlak olub.

Birxeber.Az “The Times Of İsrael”ə istinadən xəbər verir ki, bu barədə Hizbullah məlumat yayıb.

Ölənlərin “Qüdsə gedən yolda” qolunun üzvləri olduqları vurğulanıb.

Qeyd edək ki, Qəzza zolağında müharibə başlayandan Hizbullah qruplaşmasında ölənlərin sayı 260-a çatıb.

Lamiyə Şirinova