Ermənistan parlamentində Avropaya inteqrasiya ilə bağlı dinləmələr keçiriləcək

Ermənistan parlamentində Avropaya inteqrasiya ilə bağlı dinləmələr keçiriləcək

Ermənistan parlamentində ölkənin Avropaya inteqrasiyası ilə bağlı dinləmələr keçiriləcək.

Birxeber.Az "news.am"a istinadən xəbər verir ki, parlamentin Avropaya inteqrasiya daimi komitəsi bu gün keçirilən növbədənkənar sessiyada bu barədə qərar qəbul edib.

Aprelin 4-də parlamentdə "Ermənistanın Avropaya inteqrasiyasının yeni perspektivləri və çətinlikləri" mövzusu müzakirə olunacaq.