Azərbaycanın bank sektorunun xalis mənfəəti 35 % artıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 35 % artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-fevral aylarında 209,8 milyon manat xalis mənfəət əldə edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,75 % çoxdur.

2 ay ərzində bankların əməliyyat gəlirləri 911,3 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 25,3 % çox), əməliyyat xərcləri 600,3 milyon manat (29,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 54,6 milyon manat (13,5 % az), digər gəlirləri 1,6 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 48,1 milyon manat (8,8 % çox) təşkil edib.