Almaniyada kafedə girov saxlanan şəxslər azad edilib - YENİLƏNİB

Almaniyada kafedə girov saxlanan şəxslər azad edilib - YENİLƏNİB

Almaniyanın Ulm şəhərində girov saxlanılan şəxslər azad edilib.

Birxeber.Az xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb. Təcavüzkar girovlardan canlı sipər kimi istifadə edərək qaçmağa çalışarkən yaxalanıb. Girovlar azad edilib, zərər çəkən yoxdur.

***

00.03

Silahlı şəxs Ulm şəhərində kafedə dörd nəfəri girov saxlayır.

Birxeber.Az xəbər verir ki, bu barədə yerli “Südwest Presse” qəzeti məlumat yayıb.

Şəhər polisi əməliyyata başlayıb, ərazi mühasirəyə alınıb. Əlavə məlumat verilməyib.