Azərbaycanda 2 ayda dövlət xətti ilə 52 milyon manat ipoteka krediti verilib

Azərbaycanda 2 ayda dövlət xətti ilə 52 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-fevral aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 52,2 milyon manat kredit verilib.

“Birxeber.Az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 31,7 % azalaraq 47,9 milyon manat olub.

2 ay ərzində İKZF istiqraz buraxmaqla 50 milyon manat vəsait cəlb edib (ötən ilin eyni dövründə vəsait cəlb etməyib), 1 il bundan əvvəl olduğu kimi Fonda dövlət büdcəsindən 21,9 milyon manat vəsait ayrılıb.