Sabir Rüstəmxanlı güneyli tələbələrin təhsil haqqından azad olunmasını təklif edib

Sabir Rüstəmxanlı güneyli tələbələrin təhsil haqqından azad olunmasını təklif edib

Azərbaycan dövlətinin şəhid ailələrinin, qazilərin problemlərinin həlli istiqamətində atdığı növbəti addım bu gün müzakirə olunan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdir.

Birxeber.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, Azərbaycan sərhədlərindən kənarda yaşayan soydaşlarımızın da problemlərini düşünməliyik:

“Azərbaycanda güneydən gələn xeyli tələbə təhsil alır, təhsil haqqının miqdarına görə təhsillərini yarımçıq qoyanlar var. Güneydən gələnlərin də təhsil haqqından azad olunmasını təklif edirəm. Vaxtilə müxtəlif ölkələrə sürgün olunmuş, repressiya edilmiş vətəndaşlarımız var ki, onların övladları da Azərbaycana gələrək təhsil ala bilmir. Bu, prinsipial məsələdir, həll olunmalıdır. Türkiyədə digər türk dövlətlərindən gələn tələbələrə güzəştlər edilir. Bizim bütün türk dövlətlərindən gələn tələbələrə güzəşt tətbiq etməyimizə imkan olmaz, amma tək-tək buna başlamalıyıq. O zaman inteqrasiya prosesi sürətlənəcək”.