Budanov: Vurulan təyyarədəki sərnişin sayı barədə məlumat yoxdur

Budanov: Vurulan təyyarədəki sərnişin sayı barədə məlumat yoxdur

İl-76-nın düşdüyü gün, həqiqətən də 65 Ukrayna hərbçisinin mübadiləsi olmalı idi.

APA xəbər verir ki, bunu - bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib.

Eyni zamanda, adıçəkilən siyahıdan olan ukraynalı hərbçilərin qohumları cəsəd fraqmentlərində heç bir xüsusi əlamət aşkar etməyiblər.

Kirill Budanov qeyd edib ki, təyyarənin göyərtəsində əslində kimin ola biləcəyi barədə hələ də etibarlı məlumat yoxdur: "Biz bu qədər mənbədən bu məsələ ilə bağlı bütün mövcud məlumatları toplayırıq və diqqətlə təhlil edirik. Hazırda həmin təyyarədə bu qədər insanın ola biləcəyini göstərən heç bir məlumat yoxdur. Eyni zamanda, Rusiyanın təbliğat versiyası hələ də çoxlu sual doğurur”.