Erməni qadın Fələstin XİN-də əcnəbilərlə iş üzrə dövlət naziri təyin edilib

Erməni qadın Fələstin XİN-də əcnəbilərlə iş üzrə dövlət naziri təyin edilib

Erməni Varsen Aqabekyan Fələstinin əcnəbilərlə iş üzrə dövlət naziri təyin edilib.

APA WAFA-ya istinadən xəbər verir ki, Prezident Mahmud Abbas yeni hökumətin tərkibini açıqlayıb.

Kabinetdə digərləri ilə yanaşı, erməni nazir də təmsil olunub. Fələstinin yeni hökumətinin üzvlərindən biri Varsen Aqabekyandır, o, Fələstinin əcnəbilərlə iş üzrə dövlət naziri təyin edilib.

Qeyd edək ki, yeni hökumətin martın 31-də prezident qarşısında and içməsi planlaşdırılır.

Lamiyə Şirinova