KİV: Ermənistanın Qərbdəki əsas müttəfiqi güclü erməni diasporuna malik Fransadır

KİV: Ermənistanın Qərbdəki əsas müttəfiqi güclü erməni diasporuna malik Fransadır

Ermənistanın Qərbdəki əsas müttəfiqi şübhəsiz ki, güclü erməni diasporuna malik Fransadır.

“Report” xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Bildirilib ki, Fransa prezidenti Emmanuel Makron dəfələrlə Ermənistanı müdafiə edib: “O, həmçinin Ermənistanla Azərbaycan arasında münasibətlərin gərginləşməsində Rusiyanı ittiham etməyə çalışıb”.

Qeyd olunub ki, Fransa bu ildən etibarən Ermənistana silah tədarük edir: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkə ilk dəfədir ki, NATO üzvündən silah alır. Erməni politoloqlar etiraf edirlər ki, ölkələri təkbaşına Rusiya və Azərbaycanla qarşıdurmaya girə bilməz. Onların fikrincə, Qərb, o cümlədən Fransa göstərmək istəyir ki, belə bir versiya baş tutarsa, Ermənistanı dəstəkləyəcək”.

Həmçinin bildirilib ki, Rusiya ilə Ermənistan arasında münasibətlərdə əmələ gələn ziddiyyətlər İrəvanın Ukrayna məsələsindəki mövqeyinə də təsir edir: “Ukrayna öz ərazi bütövlüyünə nail olacaq. Bu da Ermənistana kömək edəcək”.