Ağ Ev Texas rəhbərliyini Meksika ilə sərhəddə vəziyyəti pisləşdirməkdə ittiham edib

Ağ Ev Texas rəhbərliyini Meksika ilə sərhəddə vəziyyəti pisləşdirməkdə ittiham edib

Texas ştatının hakimiyyət orqanları öz hərəkətləri ilə ABŞ-Meksika sərhədində böhran vəziyyətini gərginləşdirir.

Birxeber.Az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

"Sərhəd patrulunun öz işini görmək üçün [sərhədin bloklanmış hissəsinə] çıxışı lazımdır. Dəfələrlə deyirəm, qubernator Abbottun hərəkətləri işləri daha da çətinləşdirir"- mətbuat katibi bildirib.

Jan-Pyer qubernatorun ABŞ Ali Məhkəməsinin qərarlarına əməl etməyə borclu olduğunu vurğulayıb: "Federal qanun ölkədə ən yüksək qanundur, onunla ziddiyyət təşkil edən istənilən dövlət qanununu əvəz edir. Sərhəd Patrulunun işini görməsinə qubernator mane olur."