“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə uğursuz çıxış ediblər

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə uğursuz çıxış ediblər

Azərbaycan cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə uğursuz çıxış ediblər.

“Report”un məlumatına görə, mübarizəyə qoşulan 3 idmançıdan heç biri medal qazana bilməyib.

Əhməd Yusifov (60 kq) və Ruslan Paşayev (66 kq) startda türkiyəli rəqiblərinə məğlub olublar. Yusifov 1/16 finalda Salih Yıldıza, Paşayev isə 1/32 finalda Muhammed Dəmirələ yenilib.

Rəşad Yelkiyev (66 kq) cəmi bir mərhələ adlaya bilib. O, Baibol Salamat Uuludan (Qırğızıstan) güclü olsa da, 1/16 finalda Obid Dzebova (Tacikistan) məğlub olub.

Qeyd edək ki, martın 30-da Azərbaycan millisinin heyətində Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq) və Ömər Rəcəbli (81 kq) mübarizə aparacaqlar.