Azərbaycan BMT ilə enerji səmərəliliyinə investisiyaların artırılmasını müzakirə edib

Azərbaycan BMT ilə enerji səmərəliliyinə investisiyaların artırılmasını müzakirə edib

Azərbaycan BMT-nin İnkişaf Proqramı ilə enerji səmərəliliyinə investisiyaların artırılması istiqamətində layihələrin perspektivlərini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, müzakirələr BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə keçirilən görüşdə aparılıb: “Görüşdə ölkəmizlə əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə etdik. Dayanıqlı inkişaf üçün maliyyələşmə mexanizmlərinin tətbiqi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı potensial tərəfdaşlıq istiqamətləri ətrafında müzakirələr aparılıb".