Ötən il Azərbaycana turizm xidmətlərindən 1,5 mlrd. dollar valyuta axını olub

Ötən il Azərbaycana turizm xidmətlərindən 1,5 mlrd. dollar valyuta axını olub

2023-cü ildə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 54.0% artaraq 2.6 mlrd. dollar təşkil edib.

"Birxeber.Az-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Hesabat dövründə turizm xidmətləri üzrə ölkəyə valyuta axını 1.5 mlrd. dollar, xidmət üzrə idxal isə 1.1 mlrd. dollar təşkil edib. Nəticədə turizm xidmətlərində 342 mln. dollar həcmində profisit yaranıb.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 25.5%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 30.2% artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1.1 mlrd. dollar təşkil edib. Bunun 75.2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub. (məkik idxal istisna olmaqla).