Azərbaycanın xalis maliyyə aktivləri 3,3 mlrd. dollara yaxın artıb

Azərbaycanın xalis maliyyə aktivləri 3,3 mlrd. dollara yaxın artıb

2023-cü il üzrə Azərbaycanın xalis maliyyə aktivləri 3 253.6 mln. dollar artıb.

"Birxeber.Az-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (1 875.2 mln.dollar), portfel investisiyaları (-11.4 mln. dollar) və digər investisiyalar (1 389.8 mln.dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 1 030.4 mln.dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-218.2 mln.dollar), neft bonusu (471.0 mln.dollar), portfel investisiyaları (-694.1 mln. dollar) və digər investisiyalar (-589.1 mln.dollar) hesabına formalaşıb.