Azərbaycan minifutbol yığması Monteneqroda təlim-məşq toplanışı keçəcək

Azərbaycan minifutbol yığması Monteneqroda təlim-məşq toplanışı keçəcək

Azərbaycan minifutbol yığması Monteneqroda təlim-məşq toplanışı keçəcək.

Bu barədə “Report”a millinin baş məşqçisi Elşad Quliyev məlumat verib.

O bildirib ki, komanda 24 aprel – 2 may aralığında adıçəkilən ölkədə hazırlıq keçəcək. Təlim-məşq toplanışı iyunda Bosniya və Herseqovinada təşkil olunacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq.

Baş məşqçi aprelin 3-də keçiriləcək Azərbaycan çempionatının pley-off oyunlarından sonra 20 nəfərlik heyəti açıqlayacağını da sözlərinə əlavə edib. Bu həm də Avropa çempionatı üçün ilkin heyət olacaq. Belə ki, yığmaya dəvət alacaq 20 oyunçudan 17-si qitə birinciliyinə aparılacaq.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevoda baş tutacaq.