Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinə xəbərdarlıq edib

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinə xəbərdarlıq edib

Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərində havaya normadan artıq tullantı atılıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, bir sıra ictimai-iaşə obyektlərində təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq onlara vaxtaşırı xidmət göstərilmir, filtrlər dəyişdirilmir, buna görə də havaya normadan artıq tullantı atılır.

"Restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edirik ki, Ramazan ayında toyların olmamasını bir imkan kimi dəyərləndirərək, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər", - deyə xidmət rəisi bildirib.

H. Əlizadə əks halda qanun pozucularına İnzibati Xətalar Məcəlləsinə əsasən qanunamüvafiq tədbirlər görüləcəyini bildirib.