Azərbaycan Mərkəzi Bankı iqlim maliyyəsi üzrə standartlar hazırlayır

Azərbaycan Mərkəzi Bankı iqlim maliyyəsi üzrə standartlar hazırlayır

Azərbaycan Mərkəzi Bankı (AMB) aidiyyəti dövlət qurumları ilə birgə iqlim maliyyəsi üzrə minimum standartların (taksanomiya) hazırlanması üzrə iş aparır.

“Birxeber.Az” xəbər verir ki, bunu AMB-nin sədrinin müavini Əliyar Məmmədyarov Qubada keçirilən 3-cü “Aqrobiznesin İnkişafı Forumu”nda bildirib.

Onun sözlərinə görə, taksanomiya dayanıqlı və "yaşıl" maliyyənin inkişafı üçün vacib şərtlərdən biridir: “Taksanomiyada digər iqtisadi sektorlarla yanaşı, kənd təsərüffatı üzrə dayanıqlı və yaşıl fəaliyyətlər müəyyən ediləcək. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyinin ekspertləri ilə yaxın əməkdaşlığa ehtiyac var. Ümumilikdə, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da kənd təsərrüfatı iqlim dəyişmələrindən ən çox təsirlənən sektorlardan biridir. Temperator artımı fonunda su ehtiyyatlarının azalması iqlim dəyişikliyinə dözümlü, dayanıqlı kənd təsərrüfatının yaradılmasını zəruri edir. Bu baxımdan taksanomiyada "ağıllı" sulama sistemlərinin tətbiqi, iqlim dəyişikliyinə dözümlü məhsul toxumlarının inkişaf etdirilməsi və bu qəbildən olan digər kənd təsrüffatı fəaliyyətləri dayanıqlı və yaşıl fəaliyyət növləri kimi təsnifləşdiriləcək".