Bakıda psixoloji-tibbi-pedaqoji komissiyalar yenidən formalaşdırılır

Bakıda psixoloji-tibbi-pedaqoji komissiyalar yenidən formalaşdırılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı məktəb psixoloqları üçün müsabiqə elan edib.

Bu barədə "Birxeber.Az"a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən psixoloqlar sağlamlıq imkanları məhdud uşaqların psixodiaqnostikasını aparacaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edəcək, valideynlərə və ya digər qanuni nümayəndələrə müvafiq məsləhətlər verəcəklər.

Sənəd qəbulu bu gündən başlayaraq aprelin 6-dək davam edəcək.

Sənədlərin yoxlanılması prosesi başa çatdıqdan sonra namizədlər müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcəklər. Test imtahan nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.