Vyanada sağçılara qarşı genişmiqyaslı etiraz aksiyası keçirilib

Vyanada sağçılara qarşı genişmiqyaslı etiraz aksiyası keçirilib

Vyananın mərkəzində Avstriya parlamentinin binası yaxınlığında 10 minə yaxın solçu sağçı ekstremizmə qarşı nümayiş keçirib.

"Report"un məlumatına görə, mitinqi bir neçə solçu ictimai birlik təşkil edib.

Bəzi etirazçılar ölkənin ən populyar siyasi qüvvəsini, sağçı mühafizəkar Avstriya Azadlıq Partiyasını (FPZ) və onun sədri Herbert Kikli təhqir edən lövhələr tutublar.

Aksiya hakim Yaşıllar Partiyası və populyarlıq sorğularında ikinci yerdə olan müxalifətdəki Sosial Demokratlar tərəfindən dəstəklənib.

Ötən həftə sonu Almaniyada sağçı ekstremizmə və Almaniya üçün Alternativ (AfD) partiyasına qarşı çoxsaylı etiraz aksiyaları keçirilib.

Onlarda 1 milyona yaxın insan iştirak edib.