AMB: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 8 mlrd. dollardan çox olub

AMB: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 8 mlrd. dollardan çox olub

2023-cü ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 8,3 milyard dollar təşkil edib.

"APA-Economics" xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrünə nisbətən 64,7% azdır.

Qeyd edək ki, 2022-ci ildə CƏH-in profisiti 23,5 milyard dollar təşkil edib.

Cari əməliyyatlar hesabının ÜDM-də payı 11,5 %-ni təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 29,8% olub. Neft-qaz sektoru üzrə CƏH-in profisiti 17,1 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏH-in kəsiri 8,8 mlrd. dollar məbləğində olub.

Qeyd edək ki, Mərkəzi Bank 2024-cü ilin yekunu üzrə cari əməliyyatlar hesabının profisitli olacağını (yanvar proqnozu: 7-8 mlrd.ABŞ dolları) proqnozlaşdırır.