"Bayer 04"ün baş məşqçisi İngiltərə və Almaniya klublarının təklifindən imtina edib

"Bayer 04"ün baş məşqçisi İngiltərə və Almaniya klublarının təklifindən imtina edib

Bu yay "Bayer 04"ü tərk edəcəyi gözlənilən baş məşqçi Xabi Alonso İngiltərənin "Liverpul" və Almaniyanın "Bavariya" klublarının təklifindən imtina edib.

"Report" "BBC Sport"a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı növbəti mövsüm də Leverkuzen təmsilçisində qalmaq istəyir.

42 yaşlı mütəxəssis "Liverpul"un təklifindən imtina edib. "Bavariya"nın prezidenti Uli Höness isə açıqlamasında bildirib ki, Alonsonu bu yay komandaya cəlb etmək imkansız görünür.

Həm "Liverpul", həm də "Bavariya"nın baş məşqçiləri mövsümün sonunda klubu tərk edəcəklər. Bu komandaların yeni çalışdırıcılarının adlarına isə hələ ki aydınlıq gətirilməyib.

Qeyd edək ki, "Bayer 04" X.Alonsonun rəhbərliyi altında 26 turdan sonra Almaniya Bundesliqasında 70 xalla liderdir.