Sabirabadda avtomobil at arabasına çırpılıb, xəsarət alanlar var

Sabirabadda avtomobil at arabasına çırpılıb, xəsarət alanlar var

Sabirabadda avtomobil at arabası ilə toqquşub, xəsarət alanlar var.

“Birxeber.Az”un Aran bürosunun mlumatına görə, Xəlfəli kəndində minik avtomobilinin at arabası ilə toqquşması nəticəsində rayon sakinləri - 1984-cü il təvəllüdlü Həsənov Səmid Fərhad oğlu və 1998-ci il təvəllüdlü Mirzəyev Qonsur Maqsud oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.