Ucarda məktəb binası yanıb

Ucarda məktəb binası yanıb

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb.

Bu barədə “Birxeber.Az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 m² sahədə və 1 ədəd taxtadan ibarət qapı qismən yanıb.

Yanğın söndürülüb.