Füzuli sakini: Həyatımızın ən gözəl günlərini yaşayırıq

Füzuli sakini: Həyatımızın ən gözəl günlərini yaşayırıq

Həyatımızın ən gözəl günlərini yaşayırıq, necə sevinməyək?.

“Birxeber.Az” xəbər verir ki, bunu jurnalistlərə Füzulidən olan keçmiş məcburi köçkün Gülnarə Talıbova deyib.

“Doğma yurdumuza öz ailəmlə, övladlarımla qayıdıram, çox xoşbəxtəm. Ən böyük arzusu Füzulidə şəhid olan qardaşının məzarını ziyarət etməkdir. Füzulinin Qacar kəndindənəm, yoldaşım isə şəhərin özündən. Füzulidən çıxanda 10 yaşım var idi. Çox ağrılı, dəhşətli günlər idi, qardaşım, əmim qızı, yaxın qohumlarım şəhid oldular. O günləri xatırlamaq mənim üçün çox ağırdır”, - o deyib.

“Şükür bu günə ki, torpaqlarımız işğaldan azad olundu. Qısa müddətdə bərpa olundu, hələ də Füzulidə və digər azad olunmuş torpaqlarımızda quruculuq işləri gedir.

Ən böyük arzum Füzulidə şəhid qardaşımın və digər qohumlarımın məzarlarını ziyarət etməkdir. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”, - G.Talıbova əlavə edib.

Qeyd edək ki, bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınacaq. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb.