Baydenin seçki büdcəsi rekord miqyasda artıb

Baydenin seçki büdcəsi rekord miqyasda artıb

Nyu-Yorkda keçirilən seçki tədbiri ABŞ Prezidenti Cozef Baydenə kampaniya büdcəsinə rekord 25 milyon dollar əlavə etməyə imkan verib.

"Birxeber.Az"un xəbərinə görə, bu barədə onun seçki qərargahı “X” sosial şəbəkəsində məlumat yayıb.

Bu yığım Baydenin demokrat sələfləri Barak Obama və Bill Klintonun, habelə məşhur teleaparıcıların və musiqiçilərin müşayiəti ilə Nyu-Yorkun “Radio City Music Hall”da verilişinə bilet satışı ilə təmin edilib.

Qeyd edilir ki, Bayden tədbirdə rəqibi Donald Trampın bütün fevral ayı ərzində topladığı puldan daha çox vəsait toplayıb.