Keçmiş məcburi köçkün: Füzuliyə nəvələrimlə qayıdıram

Keçmiş məcburi köçkün: Füzuliyə nəvələrimlə qayıdıram

Füzuliyə nəvələrimlə qayıdıram.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Füzulidən olan keçmiş məcburi köçkün Leyli Şirinova deyib.

“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Çox sevinirik. Yurdumuza qayıdırıq. Sevincimizin hədd-hüdudu yoxdur”, - o deyib.

“Füzulini ağır vəziyyətdə tərk etdik. Yurdumu dörd övladım və həyat yoldaşımla tərk etməyə məcbur olduq. Amma indi Füzuliyə nəvələrimlə qayıdıram.

Allah Ali Baş Komandan İlham Əliyevə uzun ömür versin. Bizə bu günü, bu sevinci Prezidentimiz bəxş etdi”, - L.Şirinova əlavə edib.

Qeyd edək ki, bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınacaq. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb.