Pentaqon: Ukraynada eskalasiya riski əvvəlki qədər yüksək deyil

Pentaqon: Ukraynada eskalasiya riski əvvəlki qədər yüksək deyil

ABŞ Müdafiə Nazirliyinin hesablamalarına görə, Ukrayna tərəfinə “ATACMS” taktiki ballistik raketlərin verilməsi perspektivi fonunda hazırda Ukraynada gərginliyin artması təhlükəsi əvvəlki qədər yüksək deyil.

APA xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib.

Bununla da Braun Vaşinqtonun “ATACMS” raketlərini Kiyevə göndərmək ehtimalını şərh edib.