Polşada Avrokorpusun keçmiş rəhbəri məxfi məlumatları açıqlamaqda şübhəli bilinir

Polşada Avrokorpusun keçmiş rəhbəri məxfi məlumatları açıqlamaqda şübhəli bilinir

Çərşənbə günü Polşada Avrokorpus komandiri vəzifəsindən azad edilən general Yaroslav Qromadzinski məxfi məlumatları açıqlamaqda şübhəli bilinir.

"Report"un məlumatına görə, bu barədə Polşa hərbi əks-kəşfiyyat xidmətinin xəbərində deyilir.

Bundan əvvəl Polşa Milli Müdafiə Nazirliyi Avrokorpusun komandiri general Yaroslav Qromadzinskinin tutduğu vəzifədən azad edildiyini və hərbi əks-kəşfiyyat xidmətinin onu yoxlamağa başladığı barədə məlumat yayıb.

Qeyd edilir ki, 2021-2023-cü illər ərzində hərbi əks-kəşfiyyat xidməti hərbi qulluqçulara, əməkdaşlarına və Milli Müdafiə Nazirliyinin əməkdaşlarına qarşı 150-yə yaxın yoxlamaya başlayıb.

Yoxlama altı aya qədər, xüsusi hallarda isə bir dəfə daha altı aya uzadıla bilər. Proses iki mərhələlidir və bu o deməkdir ki, yoxlanılan şəxs hərbi əks-kəşfiyyat xidmətinin mənfi qərarından Baş nazirlə əlaqə saxlamaqla şikayət hüququna malikdir və mənfi qərar da məhkəmə inzibati nəzarətindən keçir.